"Shamkir Chess 2019": Azərbaycan şahmatçıları.. - VII turun NƏTİCƏLƏRİ

"Shamkir Chess 2019": Azərbaycan şahmatçıları.. - VII turun NƏTİCƏLƏRİ
21:13 7 Aprel 2019
34 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində yeddinci turun oyunları keçirilib.

Publika.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanlı qrossmeysterlərdən Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla mübarizə aparıb. Hər iki şahmatçının görüşləri heç-heçə ilə bitib.

Hazırkı dünya çempionu norveçli Maqnus Karlsen isə Hollandiya təmsilçisi Aniş Girini məğlub edib.

VII tur

7 aprel

David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya) – 0,5:0,5

Maqnus Karlsen (Norveç) - Aniş Giri (Hollandiya) – 1:0

Vişvanatan Anand (Hindistan) - Alekandr Qrişuk (Rusiya) – 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) – 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dinq Liren (Çin) – 0,5:0,5

Yeddi turun nəticəsinə görə, Maqnus Karlsen 5 xalla birinci, Sergey Karyakin 4,5 xalla ikinci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3.5 xalla 3-8-ci yerlərdədirlər. Şəhriyar Məmmədyarov 2,5 xalla 9-cu, Aniş Giri isə 2 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/274901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR