Rəssam öz əsərlərini yaş qum üzərində yaradır - FOTO

Rəssam öz əsərlərini yaş qum üzərində yaradır - FOTO
21:17 7 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Avar, çimərlik və çəkilmə rəssam Andreas Amadorun yaradıcılığı üçün ona lazım olan əsas vasitələrdir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, San-Fransiskolu landşaft rəssamı öz əsərlərini yaş qum üzərində yaradır.

Andreas hər yeni əsər üzərində işləməyə onun üçün səth seçimindən başlayır. Bunun üçün İnternet vasitəsilə ən yaxşı çimərlikləri səylə gözdən keçirir. Sonra eskizlər yaradır, hesablamalar aparır, əsərin qaralama variantını hazırlayır. Yalnız bundan sonra çimərliyə gedir. Fırça yerinə adi avarlardan istidə edir. O, yalnız çəkilmə zamanı işləyir. Qabarmadan sonra isə onun şedevrlərindən ancaq İnternetdə yerləşdirilən fotolar qalır.

Rəssam deyib: "Mən çalışmağa həndəsi fiqurlardan başlamışam. Onlar yaxşı öyrənilib və mədəniyyətin bütün tarixi ərzində geniş istifadə olunub. Qədim memarlıq mənim ilham mənbəyimdir. Çimərliklərdə dairələr çəkirdim. Sonralar ətraf aləm məndə yaradıcılıq şövqü oyatdı və mən natural dizayn aləminə baş vurdum".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/742660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR