Daha bir mikroavtobus qəza törətdi

Daha bir mikroavtobus qəza törətdi
21:29 7 Aprel 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Xaldan şossesində, rayonun Hacıselli kəndi yaxınlığında baş verib.
 
"Mercedes Vito” markalı mikroavtobus “VAZ 21 07” markalı minik maşını ilə toqquşub. Xoşbəxtlikdən qəza zamanı mikroavtobusda sərnişin olmayıb.
Hadisədən hər iki sürücü yüngül xəsarətlə qurtulsa da, avtomobillərə ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR