Kabil Rusiyanı Talibana təsir etməyə çağırdı

Kabil Rusiyanı Talibana təsir etməyə çağırdı
21:33 7 Aprel 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya rəsmi Kabil və Taliban təşkilatı arasında danışıqlar prosesinin irəliləyişi üçün öz təsirindən istifadə edə bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın baş naziri Abdulla Abdulla bildirib.

“Rusiya Talibanın danışıqlar stoluna oturması üçün öz təsirindən istifadə edə bilər”, - baş nazir deyib.

Abdulla qeyd edib ki, əgər hər iki tərəf sülhə nail olarsa, onda ölkədə xarici qoşunlara ehtiyac aradan qalxacaq.

Daha əvvəl Rusiya, ABŞ və Çinin xüsusi nümayəndələri Əfqanıstanda vəziyyətin nizama salınması üzrə Vaşinqtonda görüş keçiriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/274902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR