Hər gün bu meyvədən 57 qram yeyin və... - Alimlərdən xərçənglə bağlı İNQİLABİ ADDIM

Hər gün bu meyvədən 57 qram yeyin və... - Alimlərdən xərçənglə bağlı İNQİLABİ ADDIM
22:22 7 Aprel 2019
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Gündə cəmi iki unsiya (təxminən 57 qram) qozun istehlakı təxminən iki həftə ərzində süd vəzisi xərçəngi zamanı genlərin ekspressiyasını gözəçarpacaq dərəcədə dəyişdirir.

Milli.Az xəbər verir ki, belə nəticəyə Marşall Universitetindən (Qərbi Virciniya ştatı, ABŞ) olan alimlər gəlib.

Universitetin biotibb elmləri kafedrasının professoru və tədqiqatın aparıcı müəllifi Eleyn Hardman qeyd edib ki, qozdan istifadə süd vəzisi xərçənginin inkişafını yavaşıdır.

Süd vəzisi diaqnozu qoyulan 10 qadın kliniki tədqiqat üçün cəlb olunub. Toxuma nümunələrin alınmasından sonra onları iki qrupa bölüblər. Bir qrupdakı pasiyentlər gündəlik iki unsiya qoz istehlak ediblər. İki həftə sonra bütün pasiyentlərdə şişin götürülməsi üzrə əməliyyat keçirilib və toxuma nümunələri yenidən götürülüb. Müayinələr qoz istehlakına görə, genlərin ekspressiyasını gözəçarpacaq dərəcədə dəyişdiyini üzrə çıxarıb.

"Bu nəticələr təsdiq edir ki, qozun istehlakı şişin inkişafının qarşısını ala və süd vəzisi xərçəngi zamanı sağ qalma şansını yüksəldə bilər", - Hardman qeyd edib.

Qeyd edək ki, süd vəzisi xərçəngi bütün dünyada qadınlarda ən sıx görülən xərçəng növüdür. Həmçinin, ağciyər xərçəngindən sonra, dünyada ən çox qeydə alınan xərçəng növüdür. Statistikaya görə, hər 8 qadından biri həyatının müəyyən dövründə döş xərçəngi xəstəliyinə tutulur. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/742842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR