Xroniki yorğunluğa qarşı 5 maraqlı resept

Xroniki yorğunluğa qarşı 5 maraqlı resept
22:42 7 Aprel 2019
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bahar fəslində insan orqanizmində vitaminlər azalır. Bu isə xroniki yorğunluqla nəticələnir.

Milli.Az ölkə.az-a istinadən bu problemi aradan qaldırmaq üçün ən effektiv reseptləri təqdim edir. Bu qarışımlar sizin immunitet sisteminizi və sinir sistemininizi möhkəmlədəcək.

Qoz və bal qarışığı

1 st qoz, o qədər və bal və limon lazımdır. Qozları və limonu ət çəkən maşınından keçirin və balla qarışdırın. Bu qarışımı soyuducuda saxlamaqla 2 həftə, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin.

Təzə sıxılmış üzüm şirəsi

Təzə sıxılmış üzüm şirəsini şüşə qabda soyducuda saxlayın. Gündə 3 dəfə hər yeməkdan qabaq iki xörək qaşığı qəbul edin. Bu sizin yorğunluğunuzu tezliklə aradan qaldıracaq.

Şam ağacının iynələri

Meşədən yığılmış şam ağacının iynələrini yaxşı-yaxşı yuyub qaz sobasında 15 dəqiqə qurudun. 2 çay qaşığı qurudulmuş şam iynələrini üyüdüb, 200 qr qaynar suda 30 dəq dəmləyin. Sonra qarışıma 3 xörək qaşığı bal əlavə edib, 1 saat boyunca soyudun. Bu qarışımı 10 gün yatmazdan öncə 1 xörək qaşığı qəbul edin.

Çobanyastığı və bal

200 qr südə yarım xörək qaşığı çobanyastığı çiçəyini  əlavə edib 10-15 dəqiqə vam xodda dəmləyin. Sonra bu qarışımı süzüb,  1 çay qaşığı bal əlavə edərək yatmazdan öncə qəbul edin.

Balqabaq tumu, spirt və bal qarışığı

Yarım stəkan təmizlənmiş balqabaq tumuna, eyni miqdarda bal  və 2 xörək qaşığı tibbi spirt əlavə edib, yaxşıca qarışdırın. Bu məhlulu bir gün qaranlıq yerdə saxlayın. Sonra bu qarışım bitənə qədər hər gün 1 çay qaşığı qəbul edin. Bu ballı qarışım sizin orqanizminizi ziyanlı bakteriyalardan təmizləyəcək və sizi gün boyu gümrah tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/742809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR