Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Dənizkənarı Milli Parkda möhtəşəm atəşfəşanlıq olub - FOTO

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Dənizkənarı Milli Parkda möhtəşəm atəşfəşanlıq olub - FOTO
22:47 7 Aprel 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konsert atəşfəşanlıqla başa çatıb.

Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.

On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.

Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/745105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR