Bahar yorğunluğunu aradan qaldıran TƏBİƏT MÖCÜZƏSİ

Bahar yorğunluğunu aradan qaldıran TƏBİƏT MÖCÜZƏSİ
22:57 7 Aprel 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Mövsümi keçidlərdə xroniki yorğunluq canımızdan sanki çıxmaq istəmir. Bəs bu vəziyyətdən xilas olmaq üçün nə etmək lazımdır?

Milli.Az xəbər verir ki, mütəxəssislər hər səhər acqarına təmiz bal yeməyi tövsiyə edir.

Bal xoşbəxtlik hormonunu stimullaşdırır

Bahar aylarında bədənin daha fəal olmasını təmin edən hormonların ifraz olunmasına baxmayaraq, vitamin və mineral əksikliyi yorğunluq hissini artırır. Bal ehtiva etdiyi vitamin, amin turşuları, probiotiklər, minerallar və fermentlər sayəsində serotonin hormonların ifrazını gücləndirərək orqanimzi daha güclü, daha enerjili və gümrah edir.

Səhər və axşam bir çay qaşığı bal yemək vücudun şəkər ehtiyacını qarşılayaraq gün ərzində insanın özünü xoşbəxt və sağlam hiss etməsinə kömək edir. Xüsusi ilə bahar aylarında vitamin və mineral ehtiva edən qidalara üstünlük vermək çox vacibdir. Təmiz bal B vitamini, kalium, fosfor və sink ilə zəngindir. Enerji verici xassələri sayəsində bal baharda xoşbəxtlik hissini gücləndirir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/742829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR