Salyanda yol qəzası baş verib

Salyanda yol qəzası baş verib
23:47 7 Aprel 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şorsul kəndi ərazisində qeydə alınıb. 
Belə ki, rayonun Şorsulu kənd sakini, 1966-cı il təvəllüdlü Rəhimov Mübariz Mirzağa oğlu idarə etdiyi “Pojero” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın aşıb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan sürücü Salyan Mərkəsi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR