Həbsxanada "ağıllı" nəzarətçi - VİDEO

Həbsxanada "ağıllı" nəzarətçi - VİDEO
00:34 8 Aprel 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Yeni müşahidə sistemi məhbusların hər bir addımını izləyəcək
Çin həbsxanaları məhbusları izləmək üçün süni intellektlə təchiz edilir.
 
Yaxın aylar ərzində Yançen həbsxanasında quraşdırılacaq "ağıllı" müşahidə sistemi məhbusların hər bir addımına nəzarət edəcək.
 
"ICTnews" xəbər verir ki, həbsxana administrasiyasının məlumatına görə, rəqəmli "nəzarətçi" fasiləsiz işləyəcək. Kamera və ötürücülər şəbəkəsindən ibarət olan müşahidə sistemi insanların sifətini tanımaq və onların hərəkətlərini təhlil etmək qabiliyyətinə malik süni intellektlə təchiz edilib. Sistem gündəlik hər bir məhbusla bağlı hesabat tərtib edəcək və qəribə halları aşkar edəcək.
 
Məsələn, məhbusun müəyyən bir müddət ərzində kamerada əsəbi halda irəli-geri hərəkət etdiyi qeydə alınsa, o zaman süni intellekt bu davranışı şübhəli kimi qiymətləndirəcək və bu haqda həbsxana administrasiyasına məlumat verəcək.
 
(REAL)

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR