Facebook Afrika boyunca sualtı kabelin çəkilişini davam etdirmək niyyətindədir

Facebook Afrika boyunca sualtı kabelin çəkilişini davam etdirmək niyyətindədir
01:02 8 Aprel 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Facebook şirkəti internetə yüksək kanallı çıxışın səbəb olduğu artıq xərcləri azaltmaq üçün Afrika boyunca sualtı kabelin çəkilişini davam etdirmək niyyətindədir.
"Report"un RİA Novosti-nin "Wall Street Jornal"a istinadən xəbərinə görə, "Kral Lir" cizgi filmi qəhrəmanının şərəfinə "Simba" adlanacaq yeni layihə çərçivəsində kontinentin şərq, qərb və Aralıq dənizi sahillərindəki bir neçə ölkədən keçməklə adı çəkilən regionların yüksək sürətli internetlə təminatına şərait yaradacaq.
"Facebook" təmsilçisi xəbəri şərh etmək istəməsə də, təmsil etdiyi qurumun sualtı kabellər məsələsində bütün regionu diqqətində saxladığını bildirib.
Qeyd edək ki, daha əvvəl şirkət Şimali Amerika, Avropa və Şərqi Asiyanı əhatə edəcək layihələr icra edib.


Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/facebook-afrika-boyunca-sualti-kabelin-cekilisini-davam-etdirmek-niyy

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR