Tunisdə turist avtobusu qəzaya düşüb, 5 nəfər ölüb

Tunisdə turist avtobusu qəzaya düşüb, 5 nəfər ölüb
02:52 8 Aprel 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Tunisin cənubundakı Matmata şəhərində bir turist avtobusunun qəzaya düşməsi səbəbindən azı beş nəfər ölüb, 10-u isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli "Mosaique" radiosu məlumat yayıb.
Bildirilib ki, avtobus uşaqları ekskursiyaya aparırmış.  Avtobusun içərisində Medenin və Tatavin şəhərlərindən 28 nəfər olub. 
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, sürücü idarəetməni itirib və avtobus dərəyə yuvarlanıb. 
Hadisə yerində xilasetmə işləri aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tunisde-turist-avtobusu-qezaya-dusub-5-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR