Gürcüstandan İNQİLABİ ADDIM: 2020-ci ildən satışa çıxarılacaq

Gürcüstandan İNQİLABİ ADDIM: 2020-ci ildən satışa çıxarılacaq
06:18 8 Aprel 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan yaxın vaxtlarda elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına başlayacaq. Bunun üçün Kutaisidə zavod inşa olunacaq.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze məlumat verib.

Hökumət başçısı deyib ki, dünyanın iri avtomobil istehsalçılarından olan “Changan” şirkəti Gürcüstanda elektrik avtomobilləri zavodunun tikintisi barədə qərar qəbul edib. Onun sözlərinə görə, “Cahangan” dünyada məşhur olan «Volvo», “Volkswagen” və “Ford” şirkətlərinin strateji tərəfdaşıdır.

M.Baxtadze qeyd edib ki, zavodun illik istehsal gücü 40 min avtomobil olacaq. Avtomobillərin 50 faizi daxili bazarda satılacaq, qalan 50 faizi isə Avropa İttifaqı ölkələrinə ixrac ediləcək. Elektrik avtomobilləri 4 modeldə buraxılacaq və ölkənin bütün vətəndaşları üçün əlçatan olacaq.

“2020-ci ildən etibarən elektrik avtomobillərinin satışını həyata keçirə biləcəyik”, – deyə Baxtadze bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/274913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR