Cinsi neçə dəfə yumalıyıq?

Cinsi neçə dəfə yumalıyıq?
06:32 8 Aprel 2019
179 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerikanın ən qədim geyim şirkətlərindən olan "Levi Strauss & Co" şirkətinin mütəxəssisləri cins geyimlərin yuyulması ilə bağlı tövsiyələr verib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "İndependent" nəşri məlumat yayıb.

"Levi's" brendinin istehsalı ilə məşğul olan müəssisənin mütəxəssislərinə görə, cinsi tez-tez yumağa ehtiyac yoxdur. Onu ayda bir dəfə yumaq kifayət edir.

"1873-cü ildə cins şalvarın istehsalına başlanılanda, onu yalnız Amerikanın Qərb bölgəsinin fəhlələri və mədənçiləri geynirdi. Denim parçası möhkəm və uzunömürlü olduğundan onu tez-tez yumağa lüzum yoxdur, halbuki çoxları bunun əksini edir. Az-az yumaqla siz həm suya, həm də enerjiyə qənaət etmiş olursunuz", - deyə şirkətin mütəxəssisi bildirib.

Bundan başqa, şirkət nümayəndəsi cins geyimlərin optimal yuyulma metodunu da xatırladıb.

"Cinsi tərsinə çevirin, onu tünd rəngli başqa paltarlarla  birlikdə paltar yuyan maşına yerləşdirin, mülayim temperatur rejimini seçin. Tərkibində ağardıcı olmayan maye halında olan yuyucu vasitədən istifadə edin", - deyə "Levi's" mütəxəssisi bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/743256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR