Malayziyada yol qəzasında 10 nəfər ölüb

Malayziyada yol qəzasında 10 nəfər ölüb
06:57 8 Aprel 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Kuala Lumpur Beynəlxalq Hava Limanına yaxınlığında baş verən qəzada 10 nəfər həlak olub, 33 nəfər ciddi xəsarət alıb. 
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Star" məlumat yayıb. 
Belə ki, 43 nəfərin olduğu avtobusda sürücü idarəetməni itirib və su kanalına yuvarlanıb.
Hadisə yerinə dərhal xilasetmə qrupları gəlib. Lakin 8 əcnəbi vətəndaş və sürücü hadisə yerindəcə, digər bir sərnişin isə xəstəxanada həyatını itirib. 
Qalan 34 yaralı yerli xəstəxanalara aparılıb.
Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/malayziyada-yol-qezasinda-10-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR