İnkubatoru müsəlman kimyagərlər kəşf ediblər - TARİXİ FAKT

İnkubatoru müsəlman kimyagərlər kəşf ediblər - TARİXİ FAKT
07:22 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bu gün dünyada inkubator toyuqlardan dadmayan insan bəlkə də yoxdur. Toyuq sənayesində çox geniş istifadə edilən inkubator əslində müsəlman alimlərin kəşfi imiş.

Milli.Az bildirir ki, bu barədə maraqlı faktı "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf verib.

İnkubatorun kaşifləri müsəlman kimyagərlər olublar. Bu qəribə alətin kəşfinə olan ehtiyac orta əsrlər İslam Dünyasında toyuq ətinə olan böyük tələbatdan qaynaqlanırdı.

Qədim inkubatorlar forması və çalışması belə idi:

Üstü qübbə formasında altı açıq təndirə oxşayan soba düzəldilirdi. Həmin sobanın içi hissələrdən ibarət olurdu. Bu hissələr 50 yumurta yerləşəcək bölmələrdən meydana gəlirdi. Yumurtanın alt və üst hissəsinə at gübrəsi döşənirdi. Buna səbəb at gübrəsinin yanmamasıdır. Sobanın ən alt hissəsində isə çox zəif atəşdə gübrə yandırılırdı. Hər gün qalın bir lələklə yumurtların yeri dəyişdirilir və üstü təkrar at gübrəsi ilə örtülürdü. Bu işlə məşğul olanlar yumurtaların yerini dəyişdirdiyində dua oxuyurdu. Ümumi olaraq buna "məamil" adı verilirdi.

Orta əsr İslam coğrafiyasında inkubatorçuluq bir peşə idi. Bu işlə məşğul olan inkubator sahibləri bir dəfədə 10-20 min cücə əldə edirdilər. Yeməli bir toyuğun qiyməti 2-4 dirhəm arasında dəyişdiyini diqqətə alsaq "məamil" işi qazancı bol məslək sayılırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/741672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR