Meksikada 12 saata 18 nəfər öldürüldü

Meksikada 12 saata 18 nəfər öldürüldü
07:32 8 Aprel 2019
33 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın Quanaxuato ştatında 12 saat ərzində ən azı 18 nəfər öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ştatda bir sıra silahlı hücumlar və cinayətkar qruplaşmalar arasında toqquşmalar baş verib. Onlardan biri Apaseo-de-Alto bələdiyyəsində baş verib. Burada 8 nəfər ölüb, onlardan 3-ü uşaqdır.

Qeyd edək ki, hazırda Quanaxuato təhlükəsizlik baxımından Meksikanın ən uğursuz regionlarından birinə çevrilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR