Azərbaycanda "Mercedes" gölə düşüb - FOTO

Azərbaycanda "Mercedes" gölə düşüb - FOTO
08:12 8 Aprel 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı - Quba avtomobil yolunun Siyəzən rayonundan  keçən hissəsində yol qəzası baş verib.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, Bakı istiqamətinə doğru hərəkət edən "90 GN 474" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq ərazidə olan gölə girib.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın və 2 kişi yüngül bədən xəsarətləri alıb.

Vətəndaşların köməyi ilə avtomobil sudan çıxarılıb.

Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/745125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR