Türkiyə Super Liqasında baş məşqçi istefası

Türkiyə Super Liqasında baş məşqçi istefası
09:27 8 Aprel 2019
43 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Samet Aybaba "Bursaspor"dan ayrılıb. Baş məşqçi ötən gün Super Liqanın XXVII turu çərçivəsində yenildikləri (0:1) "Alanyaspor"la matçdan sonra bu qərara gəlib. 

Klubun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, Samet Aybabanın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Açıqlamada qeyd edilib ki, istefa qərarını baş məşqçi özü verib və rəhbərlik onun bu istəyini qəbul edib. 

Qeyd edək ki, "Bursaspor" 27 turdan sonra 28 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/745148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR