PSJ-nin hücumçusu "əsrin hədəfdən yayınması"na imza atıb

PSJ-nin hücumçusu "əsrin hədəfdən yayınması"na imza atıb
09:32 8 Aprel 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

PSJ klubunun futbolçusu Erik Maksim Şupo-Motinq Fransa Liqasının XXXI turunda "Strasburq"la oyun zamanı inanılmaz yanlışlığa yol verib.
"Report"un məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşmada hücumçu rəqib qapısına daxil olmaqda olan topu tora göndərmək əvəzinə dirəyə tərəf istiqamətləndirib. Nəticədə top "Strasburq" oyunçularının əlinə keçib. Matçın şərhçiləri belə halla heç vaxt rastlaşmadıqlarını bildirərək, bunu bütün dövrlərin ən pis hədəfdən yayınması adlandırıblar.
Qeyd edək ki, Erik Maksim Şupo-Motinq PSJ-yə ötən yay "Stok Siti"dən azad agent qismində keçib. 30 yaşlı forvard bu mövsüm 17 oyuna 2 qol vurub. 

Is this the worst miss of all time?



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/psj-nin-hucumcusundan-esrin-qus-u

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR