Azərbaycanda həftəsonu 5 nəfər bu səbəbdən öldü

Azərbaycanda həftəsonu 5 nəfər bu səbəbdən öldü
09:33 8 Aprel 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, şənbə günü Respublikanın avtomobil yollarında 7 avtomobil qəzası olub. Nəticədə 4 nəfər ölüb, daha 13 nəfər isə xəsarət alıb. Belə ki, Salyanda "Hyundai" markalı avtomobilin aşması 2 nəfərin ölümü, daha 2 nəfərin isə yaralanmasını səbəb olub. Astara və Biləsuvarda da yol qəzaları insan itkisi ilə nəticələnib.

Bazar günü isə ölkə yollarında 12 avtomobil qəzası qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, daha 16 nəfər isə xəsarət alıb. Ölümlə nəticələnən yol qəzası Gəncə şəhərində baş verib.

Hər bir faktla bağlı araşdırma aparılır.

Nizam


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/274928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR