Bakı küçələrinin 14 yaşlı tənha gənci (VİDEO)

Bakı küçələrinin 14 yaşlı tənha gənci  (VİDEO)
01:51 15 Yanvar 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Küçədə qalan 14 yaşlı gənc ondan-bundan pul alıb yaşayır.

Metronun "28 May” stansiyasının həndəvərində qarşımıza çıxan Natiqdən onun gecənin soyuğunda küçədə olmasını soruşduq. Dediyinə görə, artıq 6 ilidir Bakının sərt qışına, isti yayına öyrəşib. Səbəb isə valideyn himayəsindən məhrum olmasıdır. Natiqin sözlərinə görə, 8 yaşı olanda ata-anasını yol qəzasında itirib. Əslən Naxçıvan şəhərindən olduğunu deyən yeniyetmə, paytaxtda kirayədə qaldıqlarını deyib. Amma valideyn itkisi sonda onu küçələrə salıb.

“Küçələrdə maşınlarının təkərlərini qaraldıram, maşınları yuyuram, şüşələrini silirəm. Bütün bunları çörək pulu qazanmaq üçün edirəm. Eyni zamanda iki manat verim internet kulubda oturum deə bunları edirəm. Heç bir sənədim yoxdur. Yaxınlarım isə məndən imtina edirlər” – deyə Natiq Əliyev bildirdi.

Səhhətində ciddi problemlər olduğundan gileylənən Natiq gələcəyə nikbin baxır. İlk öncə isti yuva və təhsil almaq arzunda olan Natiq kömək gözləyir. Kimlərinsə ona himəyə duracağına inanan bu oğlan, indi sadəcə küçələrin uşağıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR