Sabirabadda 2 otaqlı ev yanıb - FHN

Sabirabadda 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, rayonun Nizami kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin və eyvanının qamışdan ibarət tavanı 36 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR