Bədii gimnastika üzrə milli komanda Polşada uğurlu çıxış edib

Bədii gimnastika üzrə milli komanda Polşada uğurlu çıxış edib
09:47 8 Aprel 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşavada keçirilən “İrina Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.
“Report” xəbər verir ki, Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadən ibarət qrup çoxnövçülük yarışlarında birinci yeri tutublar.
Azərbaycanın fərdi proqramda çıxış edən gimnastları da yarışları medalsız başa vurmayıblar. Nərminə Səmədova komandanın hesabına 3 medal yazdırıb. O, gürzlərlə və iplə icrasına görə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Çoxnövçülük proqramında bürünc medal götürüb.
Arzu Cəlilova isə iplə hərəkətlərinə görə gümüş medala layiq görülüb.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/bedii-gimnastika-uzre-milli-komanda-polsada-ugurlu-cixis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR