Məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə yeni marşrut xətti açıldı

Məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə yeni marşrut xətti açıldı
09:58 8 Aprel 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə yeni marşrut xətti açılıb.

Bu barədə Publika.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Məlumata görə, qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsinə dair "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasını təmin edib. Nəzərinizə çatdıraq ki, həmin marşrut xətti üzrə bu gündən etibarən 6 ədəd avtobus sərnişinlərimizin xidmətindədir. Qeyd olunan ərazidə müvəqqəti olaraq 5000-ə yaxın məcburi köçkün məskunlaşıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/274933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR