Azərbaycanda FACİƏ: 3 məktəbli qızı...

Azərbaycanda FACİƏ: 3 məktəbli qızı...
10:09 8 Aprel 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 11-ci sinif şagirdlərini avtomobil vurub.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında M.Ə.Rəsulzadə prospektində baş verib. Rayon sakini Çingiz Hümmətov idarə etdiyi “VAZ 21010” markalı, 55 BO 910 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən piyadalar, Şəki şəhər sakinləri- 2001-ci il təvəllüdlü Nazənin Rafiq qızı Musayeva, 2002-ci il təvəllüdlü Süsəngül Şəmsəddin qızı İslamova və 2002-ci il təvəllüdlü Türkən Tərlan qızı Məmmədovanı vurub. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 2 nəfərin xəsarəti yüngül olduğundan evə buraxılıb. N. Musayevanın xəstəxanada müalicəsi davam etdirilir. Hər 3 qızın 11 sinif şagirdi olduğu deyilir.
 
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR