Putinlə Ərdoğan GÖRÜŞÜR - Dünyanın gözü Moskvada olacaq

Putinlə Ərdoğan GÖRÜŞÜR - Dünyanın gözü Moskvada olacaq
10:18 8 Aprel 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq.

Publika.az xəbər verir ki, Moskvada keçiriləcək görüşdə liderlər bir sıra beynəlxalq və regional məsələləri müzakirə edəcək.

Görüşün əsas mövzusu Suriya məsələsi olacaq. Bundan başqa, Türkiyənin Rusiyadan aldığı S-400 raket kompleksi ilə bağlı yekun ortaq açıqlama verilməsi gözlənilir.

Görüşdən sonra prezidentlər Kreml sarayında gerçəkləşdiriləcək Ali Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci toplantısına rəhbərlik edəcək. Toplnatıya Türkiyə və Rusiyanın iş dünyasından geniş heyət qatılacaq. İmzalanacaq memorandumlardan sonra Ərdoğan və Putinin ortaq mətbuat konfransı təşkil ediləcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/274931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR