İdman qurğuları alarkən diqqətli olun! - Ciddi fəsadlarla üzləşə bilərsiniz - VİDEO

Son zamanlar qaməti düzəltmək, bədən quruluşunu dikləşdirmək və digər vasitələr üçün evdə istifadə edilə bilən idman qurğularına tələbat artıb. Sosial şəbəkələr üzərindən də bu cür alətlərin satışı həyata keçirilir.

Mütəxəssislər isə düzgün istifadə edilmədikdə belə alətlərin insanı şikəst edə biləcəyini deyirlər.

Metbuat.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, sosial şəbəkələrdə yerləşdirilən elanlarda bu qurğularla oynaq xəstəlikləri və artrozun profilaktikası və müalicəsinin mümkün olduğu qeyd edilir. Əslində isə həkim müayinəsi olmadan bu avadanlıqlardan istifadə ciddi fəsadlara səbəb ola bilər. Həkimlər son zamanlar belə alətlərə tələbatın artdığını deyirlər.

Həkim İradə Hacıyevanın sözlərinə görə, mütəxəssis müayinəsi olmadan heç bir alətin istifadəsi tövsiyə olunmur. Müşahidələr göstərir ki, əksər hallarda insanların hansısa onurğa problemlərinin olmasından xəbərləri olmur. Nəticədə isə belə alətlərdən istifadə edən zaman ciddi fəsadlar ortaya çıxır.

Nəzarətsiz və həkim müayinəsi olmadan idman alətlərindən istifadə bir çox xəstəliyin cavanlaşmasına gətirib çıxarır.

Metbuat.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məşhur alimdən VACİB SÖZLƏR: “Əslində bütün xəstəliklər...”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR