Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi - SƏBƏB

Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi - SƏBƏB
10:27 8 Aprel 2019
136 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Resmi gazete" nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Rusiyaya səfəri ilə əlaqədardır. Bildirilir ki, səfər çərçivəsində türkiyəli liderin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya səfər edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR