Simsiz internetin sürətini artırmaq üsulları açıqlanıb

Simsiz internetin sürətini artırmaq üsulları açıqlanıb
10:35 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Ekspertlər internetin sürətini artırmağa kömək edəcək 8 üsul açıqlayıblar. Bu haqda Britaniyanın “The Sun” tabloidi məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onların sözlərinə görə, internet qoşulmanın sürətinə bir neçə amil təsir edə bilər: routerin yerləşməsi, divarların qalınlığı, mebel və hətta insanların sayı.
 
İnternet səhifələrin donması ilə qarşılaşmamaq üçün ilk növbədə brauzerin keşini təmizləmək və proqram təminatını yeniləmək lazımdır. Həmçinin mütəxəssislər marşrutlayıcını daha yüksəkdə yerləşdirməyi məsləhət görürlər, çünki belə olan halda siqnal daha yaxşı yayılır. Bununla belə onlar qeyd ediblər ki, routeri şüşənin yanında yerləşdirmək tövsiyə edilmir.
 
Həmçinin fon rejimində işləyən proqramların işinə diqqət yetirmək lazımdır, çünki onlar trafik istifadə edə bilərlər. Ekspertlər antivirus proqramlarını yeniləməyi də tövsiyə ediblər. Sonda mütəxəssislər şəbəkəyə kənar şəxslərin qoşulmaması üçün “Wi-Fi”-ya təhlükəsiz parol təyin edilməsini vurğulayıblar.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-59997-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR