“Onlarda Essyen varsa, bizdə də Deviç var”

“Onlarda Essyen varsa, bizdə də Deviç var”
10:37 8 Aprel 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

"Sabah"ın yarımmüdafiəçisi Rəşad Eyyubov Azərbaycan Premyer Liqanın 23-cü tur çərçivəsində "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, futbolçu əvvəlcə qarılaşma ilə bağlı fikirlərini açıqlayıb:

- Çoxdandı həm udmurduq, həm də qol vurmurduq. Bu gün 3 qol vurmağımıza şad olduq. Ən əsası isə hesabda geri düşdükdən sonra toparlana bildik, ruhdan düşmədik və öz oyunumuzu göstərdik. Bu da sonda qələbə ilə nəticələndi.

- Öz oyununu necə dəyərləndirirsən?
- Öz çıxışımdan çox da razı qalmadım. Xeyli səhvlərim oldu. Daha da yaxşı oynaya bilərdim. Amma arada elə olur ki, pis oynasam da, komandaya xeyirim dəyir. Bilirsiniz ki, bu gün məhsuldar ötürmə etdim və komandama penalti qazandırdım. Ona görə razıyam, hər dəfə pis oynayım, amma "Sabah" qələbə qazansın.

- Bildiyimizə görə, rəhbərlik bu oyunda qələbəyə görə mükafat vəd edib. Bununla bağlı nə deyə bilərsən?
- Bu, normal haldı. Hər komanda qələbədən sonra mükafat alır. Rəhbərlik sağ olsun, bu qələbədən sonra bizi mükafatla sevindirdi. Buna görə onlara "sağ ol" deyirik.

- Bu gün meydanda çox motivasiyalı görünürdünüz. Oyundan sonra komandanızda böyük sevinc hiss olunurdu. Bu, məhz "Səbail"lə oyuna görə idi, yoxsa artıq komandanın özünə gəldiyini düşünmək olar?
- Bundan əvvəlki oyunlarda ardıcıl heç-heçələr oldu. Hiss olunurdu ki, artıq öz oyunumuzu tapırıq. Bizə bir qələbə lazım idi ki, daha yuxarı yerlərə qalxaq. Ona görə də bu qalibiyyət bizim üçün çox vacib idi. Məhz bu səbəbdən çox sevinirdik.

- Essyen kimi dünya ulduzunun meydana daxil olması komandanızda "panika"ya səbəb olmadı?
- Əlbəttə, hamı Essyeni tanıyır, dünya ulduzudu. Amma bizdə də Marko Deviç var. O da ulduzdu. Odu ki, hər hansı "panika" olmadı. Amma hiss olunur ki, Esyen səviyyəli oyunçudu. Yaxşı məqamdı ki, bizim çempionata belə oyunçular gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/745163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR