"Gəncəbank" ASC-nin kreditorlarının diqqətinə!

"Gəncəbank" ASC-nin kreditorlarının diqqətinə!
10:43 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 15 aprel 2019-cu il tarixindən başlanacaq.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Gəncə ş. (022) 256 04 93/ (022) 256 03 44

Bakı ş. (012) 596 65 91/92/93

Qaynar xətt: 941

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3042981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR