Bakıda dayanacaqdan avtomobil qaçıran gözətçi saxlanılıb

Bakıda dayanacaqdan avtomobil qaçıran gözətçi saxlanılıb
10:57 8 Aprel 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda dayanacaqdan avtomobil oğurlayan gözətçi saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 7-də Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-dayanacaqda-avtomobil-ogurlayan-gozetci-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR