Şamaxıda sel körpünü dağıdıb? - RƏSMİ AÇIQLAMA

Şamaxıda sel körpünü dağıdıb? - RƏSMİ AÇIQLAMA
11:03 8 Aprel 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi xəbər saytlarında Şamaxı rayonunda Pirsaat çayına gələn selin Sabir qəsəbəsində avtomobil körpüsünün bir hissəsini dağıtdığını, nəticədə nəqliyyatın hərəkətində çətinlik yarandığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Son günlər ərzində sözügedən ərazidə belə bir hadisə baş verməyib və avtomobil körpüsündə heç bir dağıntı qeydə alınmayıb.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsində yolun I texniki dərəcəyə uyğun genişləndirilməsi işləri həyata keçirilir. Bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində vətəndaşların istər Şamaxı, istərsə də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Pirsaatçay körpüsünün qarşısında yeni 45 metr uzunluğunda yeraltı keçid inşa edilir. Bu səbəbdən də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/274940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR