Rauf Əliyevdən möhtəşəm qol (VİDEO, FOTO)

Rauf Əliyevdən möhtəşəm qol (VİDEO, FOTO)
01:56 15 Yanvar 2015
161 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk yoxlama matçını keçirib.

ANS PRESS-in məlumatına görə, Bakı təmsilçisi Səudiyyə Ərəbistanı “Hajer” klubunu məğlub edib.

Arif Əsədovun yetirmələri rəqiblərini 3:1 hesabı ilə məğlub edib.

“Neftçi”nin qolları Samir Məsimovla komandada ilk oyununa çıxan Rauf Əliyev imza atıb. “Xəzər Lənkəran”dan Bakı klubuna transfer olunan hücumçu debütünü dublla qeyd edib.

Yoxlama oyunu
14 yanvar
“Neftçi” (AZƏRBAYCAN) - “Hajer” (Səudiyyə Ərəbistanı) - 3:1
QOL: Samir Məsimov, 3, Rauf Əliyev, 50; 63 - Abdulhadi Aldosari, 60

Qeyd edək ki, “Neftçi” Antalyada yanvarın 17-də “Fulad”la, 20-də “Guiju Rehne” ilə, 21-də “Volın”la və 2 gün sonra isə Moskva “Dinamo”su ilə görüşəcək.














Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR