Azərbaycanda “Startap günləri” layihəsinə start verilib

Azərbaycanda “Startap günləri” layihəsinə start verilib
11:22 8 Aprel 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 10 təhsil müəssisəsində "startap günləri" layihəsinə start verilib.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz məlumat verib.
Onun sözlərinə görə, bu tədbirlərdə ümumilikdə 500-600 inşanın iştirak etnəsi gözlənilir.
“Startap günləri” layihəsi Bakı ilə yanaşı Naxçıvan, LənkəranGəncədəki təhsil müəssisələrində də həyata keçirilə bilər. 3 ay müddətində davam edəcək "Startap günləri"nin hər tədbiri 2 gün çəkəcək. Sonda isə müsabiqə elan ediləcək. İyun ayı üçün isə konfransın keçirilməsi gözlənir", - deyə O.Gündüz qeyd edib.
O, həmçinin əlavə edib ki, Naxçıvan MR startap ekosisteminin formalaşmasında maraqlıdır: “Bunun üçün isə artıq Naxçıvan Ali Məclisində xüsusi qanun qəbul olunub. Burada çox maraqlı müddəalar var. May ayı üçün isə Naxçıvanda konfrans keçirməyi düşünürük”. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycanda-startap-gunleri-layihesine-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR