Seneqalda yeni hökumət açıqlandı

Seneqalda vəzifəsinin ikinci dövrünə başlayan prezident Maki Sallinin yeni yaratdığı hökumət açıqlanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş Katib Maksim Cin Simon Ndiaye tərəfindən açıqlanan kabinet siyahısında 32 nazir və 3 dövlət katibi yer alır. Kabinet lideri vəzifəsini üzərinə götürən keçmiş hökumətin Baş naziri, yeni Dövlət naziri və prezidentin baş katibi Məhəmməd Boun Abdalah Dionne, kabinetdə yeni simaların yer aldığını, daha çox qadın və gənc nazirlərin olduğunu bildirib.

Kabinet yer alan adlar və vəzifələr aşağıdakılardır:

Müdafiə naziri - Me Sidiki Kaba, Daxili işlər naziri - Aly Ngouille Ndiaye, Maliyyə və büdcə naziri - Abdoulaye Daouda Diallo, Xarici işlər və diaspora naziri - Amadou Ba, Ədliyyə naziri - Malik Sall, Neft və enerji naziri - Mouhamadou Makhtar Cisse, Səhiyyə naziri - Abdoulaye Diouf Sarr, İqtisadiyyat, Planlaşdırma və əməkdaşlıq naziri - Amadu Hott, Milli təhsil naziri - Mamadou Talla, İdman naziri - Matar Ba.

Baş nazirlikdən cümə günü istefa verən, sonra Prezidentin baş katibi olaraq təyin olunan Dionne, Prezident Sallinin istəyilə parlamentə baş nazirliyin ləğv edilməsini nəzərdə tutan hökumət modeli ilə bağlı dəyişiklik referendumunu təqdim edəcəklərini açıqlayıb.

Qeyd edək ki, Seneqal, 1963-1970-ci illərdə eks prezident Leopold Senqhir dövründə və 1983-1991-ci illərdə eks prezident Abdou Dioufun dövründə baş nazirlik olmadan idarə edilib.

Fevral ayında keçirilən seçkilərdə səslərin 58,26 faizini qazanan və ikinci dəfə prezident seçilən Maki Sallinin səlahiyyət müddəti 2024-cü ildə bitəcək.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR