“AzRe Təkrarsığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“AzRe Təkrarsığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
11:32 8 Aprel 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 30-da “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “AzRe Təkrarsığorta”nın ötənilki maliyyə nəticələrinin təsdiq edilməsi, şirkətin əldə etdiyi xalis mənfəətdən səhmdarlara dividend ödənilməsi məsələləri daxildir.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50mln. manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 88,57%-lik səhmdarıdır.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azre-tekrarsigorta-nin-sehmdarlarinin-yigincagi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR