Söyüşə görə televiziyadan qovulan aparıcını Çingiz Əhmədov əvəz etdi

Söyüşə görə televiziyadan qovulan aparıcını Çingiz Əhmədov əvəz etdi
11:43 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

"Space" televiziyasında böyük qalmaqala səbəb olan “Hər səhər” verilişinin aparıcısı işdən uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, verilişin bugünkü buraxılışında aparıcı Anar Vaqifoğlunu tanınmış aktyor Çingiz Əhmədov əvəz edib.

Qeyd edək ki, “Hər səhər”in ötənhəftəki buraxılışında Rüfət Axundov və Rəşad İlyasov xalq mahnısını oxuyarkən sözlərini dəyişərək qeyri-etik ifadələrdən istifadə edib. Səs rejissoru mikrofonu söndürmədiyi üçün sözlər efirə gedib.

MTRŞ isə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq "Space"nin 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib.

Proqramda səs rejissoru kimi çalışan Etibar Mustafayev də işdən uzaqlaşdırılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/274949.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR