“Meqa Sığorta” ASC yeni korporativ saytını təqdim etdi

“Meqa Sığorta” ASC yeni korporativ saytını təqdim etdi
12:01 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yeni korporativ saytın əsas məqsədi "Meqa Sığorta" ASC-nin yüksək texnologiyalı və mütərəqqi sığorta şirkəti kimi təqdim olunmasıdır. İmicin yüksəldilməsi, göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması, hədəf kütləsinə tam məlumatın çatdırılması və sığorta xidmətləri üçün onlayn satış imkanlarının yaradılması şirkətin saytının yenilənməsində əsas amil olub.

Bu web-saytın hazırlanması zamanı müasir dizayn, texnologiyalar və istifadəçi tələblərinə xüsusi diqqət yetirilərək şirkətin yeni korporativ saytının interfeysi minimalizm üslubunda hazırlanıb ki, bu da həm fiziki, həm də korporativ müştərilərə onları maraqlandıran sığorta məhsulları və ya şirkət haqqında məlumatları kifayət qədər tez bir zamanda əldə etməyə imkan yaradır.

Saytda istifadəçilər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və səyahət sığortasını onlayn şəkildə əldə edə biləcəklər. Bu məhsullarla yanaşı, istifadəçilər onlayn ərizə formalarını dolduraraq digər sığorta növlərini də əldə etmək imkanına malik olacaqlar.

Yüksək xidmət standartlarını saxlamaq və eyni zamanda keyfiyyətin və müştəri məmnuniyyətinin daima yüksəldilməsi üzrə mütəmadi işin aparılması məqsədi ilə "Meqa Sığorta" ASC-nin internet saytında müştərilərin onlayn təklif və iradlarını bildirmələri üçün şərait də yaradılmışdır.

Qeyd edək ki, sayt həmçinin mobil cihazlar və tabletlər üçün də uyğunlaşdırılıb.

Sayta www.meqasigorta.az linkindən daxil ola bilərsiniz.

2010-cu ildə təsis edilmiş "Mega Sığorta" ASC, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.

Şirkətin fəaliyyətinin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyasını həyata keçirmək məqsədi ilə "Mega Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.

Müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3043045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR