Qubada maskalı şəxslər ev sahibini döyərək 13 600 manat aparıblar

Qubada maskalı şəxslər ev sahibini döyərək 13 600 manat aparıblar
12:07 8 Aprel 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonunda ev sahibini döyüb oğurluq edən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 13 600 manat və mobil telefon aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Dərhal Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-maskali-sexsler-ev-sahibini-doyerek-13-600-manat-apariblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR