Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb
12:17 8 Aprel 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.
Araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xadime-islediyi-evden-40-min-manatliq-qizil-zinet-esyalari-ogurlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR