Qəbiristanlıqdan oğurluq edən ata və oğlu saxlanılıb

Qəbiristanlıqdan oğurluq edən ata və oğlu saxlanılıb
12:27 8 Aprel 2019
29 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qəbiristanlıqdan oğurluq edən ata və oğlu saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə ötən ilin oktyabr ayından cari il martın 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub. 
Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qebiristanliqdan-ogurluq-eden-ata-ve-oglu-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR