“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb
12:32 8 Aprel 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb.
Bu barədə “Report”a klubdan məlumat verilib. Paytaxt təmsilçisinin rəhbərliyi 48 yaşlı mütəxəssislə yola davam etməyi məqsədəuyğun sayıb. T.Əhmədov bu gün "ASK Arena"da komandanı məşqə çıxardıb.
Qeyd edək ki, Premyer Liqanın XXIII turunda səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzan “Keşlə” sonuncu – 8-ci pilləyə düşüb. T.Əhmədov oyundan sonra təşkil edilən mətbuat konfransında uğursuz nəticələr səbəbi ilə postunu tərk etmək istədiyini, bununla bağlı rəhbərliklə görüşəcəyini deyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kesle-nin-bas-mesqcisi-terlan-ehmedovun-istefasi-qebul-olunmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR