Qubada evə basqın: ev sahibinin əllərini və ağzını bağlayıb...

Qubada evə basqın: ev sahibinin əllərini və ağzını bağlayıb...
12:34 8 Aprel 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girən 4 maskalı şəxs ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 13.600 manat pul və mobil telefon aparıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
 
Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H. Hətəmov və Z.İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.
 
İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR