Ankara Böyükşəhər Bələdiyyəsinin yeni sədri fəaliyyətə başlayıb

Ankara Böyükşəhər Bələdiyyəsinin yeni sədri fəaliyyətə başlayıb
12:47 8 Aprel 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilən Mansur Yavaş mandatını alıb.
“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.
M.Yavaş bildirib ki, aprelin 8-də Ankarada Mustafa Kamal Atatürkün məzarını - Anıtkabiri ziyarət edəndən sonra vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, M.Yavaş Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın təsis etdiyi “Millət İttifaqı”nın namizədi idi. O, səslərin 50,93 faizini, Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının qurduğu “Cümhur İttifaqı”nın namizədi Mehmet Özhaseki isə 47,12 faizini toplayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/region/ankarada-muxalifetin-temsilcisi-sedr-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR