Piyadını öldürüb qaçan sürücü HƏBS EDİLDİ

Piyadını öldürüb qaçan sürücü HƏBS EDİLDİ
12:59 8 Aprel 2019
28 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələn ağır yol- nəqliyyat hadisəsi baş verib.
 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 6-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən Masazır qəsəbə sakini Faiq Həsənov müəyyən edilməmiş avtomobillə vurulub və hadisə yerində ölüb.
 
 
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib.
 
 
Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Xırdalan şəhər sakini M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində cinayət işi başlanıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR