Türkiyədə antiterror əməliyyatı: 5 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyənin Şırnak vilayətinin Bestler-Dereler bölgəsində uğurlu antiterror əməliyyatı keçirilib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının dəstəyi ilə keçirilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytındakı məlumata görə, əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib, həmçinin terrorçulara məxsus böyük silah-sursat anbarı aşkarlanıb.

Türkiyə qırıcıları eyni zamanda İraqın şimalındakı Zap və Gara bölgələrində yerləşən PKK düşərgələrini, sığınacaqlarını və silah anbarlarını məhv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR