BVF missiyası Bakıya səfər edəcək

BVF missiyası Bakıya səfər edəcək
13:29 8 Aprel 2019
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Sara İsrafilbəyova - Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası bu ilin yayında Bakıya səfər edəcək.

Bu barədə Trend-ə BVF-dən məlumat veriblər.

Məlumata əsasən, missiyaya Natalya Tamirisa rəhbərlik edəcək.

Nümayəndə heyəti ölkə hökuməti ilə iqtisadiyyat sahəsindəki son hadisələri müzakirə edəcək, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Səfərin dəqiq vaxtı yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, Natalya Tamirisa bu ilin əvvəlində BVF-nin Azərbaycandakı missiyasının rəhbəri təyin edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3043136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR