Azərbaycanda evin zirzəmisindən naməlum heyvan skeleti tapıldı - FOTO

Azərbaycanda evin zirzəmisindən naməlum heyvan skeleti tapıldı - FOTO
13:34 8 Aprel 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatala rayon sakini yaşadığı evin zirzəmisində naməlum heyvan skeleti tapıb.
 
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Muxax kənd sakini Etibar Çobanov özünə məxsus fərdi yaşayış evinin zirzəmisində təmir işləri aparan zaman naməlum heyvan skeleti tapıb.
 
E.Çobanovun dediyinə görə, evin döşəməsini sökərkən naməlum heyvana məxsus skelet tapıb. Skeletin hansı heyvana məxsus olduğu bilinmir. Skeletin qabaq ətrafı yoxdur, iki arxa ətrafı var. Skeletin uzunluğu 40 sm-dən yuxarıdır.
 
E.Çobanov evin zirzəmisində bir müddət əvvəl də söküntü işləri aparan zaman evində belə skeletin eynisini tapdığını və onu sobada yandırdığını bildirib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR